Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İlqar Məmmədov: "Kissincer deyir, Ukrayna öz torpaqlarını təslim edib Rusiya ilə sülh bağlasın"

1 194
Paylaş:
İlqar Məmmədov: "Kissincer deyir, Ukrayna öz torpaqlarını təslim edib Rusiya ilə sülh bağlasın"

"Kissincer deyir, Ukrayna öz torpaqlarını təslim edib Rusiya ilə sülh bağlasın. Bildirir ki, "qəhrəman olduğunuz qədər ağıllı da olun", torpağı verin, NATO üzvlüyünü unudub Rusiya ilə Qərb arasında yastıq olun. Ötən həftə oxşar fikri New York Times yazmışdı. Artistizm gücünə ancaq müsabiqələr udulur. "Hərbi əməliyyatlar teatrı" ("театр военных действий") sözünü eşidiblər, elə biliblər nə isə kreativlik yarışmasıdır, gedək görək nə qazanırıq".


Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.


"Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olaraq ona qarşı təcavüzü hərtərəfli pisləməkdə davam edəcəyik, amma Ukraynanın içində işlər qaydasında olsaydı, Putinin planlarını pozmaq mümkün idi. İndi bu planları pozmaqdan ötrü gərək bütün dünya çalışa, biz də bacardığımızı əsirgəməyək" - İ.Məmmədov qeyd edib.


Kənan

Paylaş:

Ən son xəbərlər