“Dünya bazarı ilə müqayisədə bizdə qazın qiyməti, təbii ki, aşağıdır. Qaz, neft istehsal edən ölkəyik. Bunu dünya standartları ilə ölçməli deyilik. Dünyaya baxanda qazın qiyməti heç nədir, amma özümüzə baxanda bahadır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas maliyyə naziri Samir Şərifovun Azərbaycanda qazın qiymətinin dünya ilə müqayisədə çox aşağı olması barədə fikirlərinə münasibət bildirərkən deyib.