Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Deputat: “Layiqincə xidmət edəcəyimə söz verirəm”

1 548
Paylaş:
Deputat: “Layiqincə xidmət edəcəyimə söz verirəm”

Bu gün Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, partiyamızın sədr müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, ümumilikdə Yeni Azərbaycan Partiyasına və ağdaşlı seçicilərimə öz dərin təşəkkürümü bildirirəm”.

Pravda.az-ın xəbərinə görə, bunu 90 saylı Ağdaş seçki dairəsi üzrə deputat seçilən Cavid Osmanov deyib.

“Bundan sonra da göstərilən etimadı doğruldacağıma, dövlətimizə, Yeni Azərbaycan Partiyasına, xalqımıza və seçicilərimə layiqincə xidmət edəcəyimə söz verirəm. Həmçinin yeni seçilən Millət vəkillərini də təbrik edir, işlərində uğurlar arzu edirəm. Xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olsun!” – C.Osmanov qeyd edib.

Paylaş:

Ən son xəbərlər