“Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan istifadə ilə bağlı tarif” təsdiq edilib.
Pravda.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu tarif müəyyənləşdi: ƏDV daxil olmaqla 16 manat...
Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan istifadə ilə bağlı tarif istifadəçi adı E-imza (3 illik), ƏDV daxil olmaqla 16 manat müəyyənləşib.
Qərarla daxili idarəetmə proseslərinin elektron sistemləri üçün Data Mərkəzindən istifadə ilə bağlı tariflər də təsdiqlənib.