Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən Cavid Qurbanovun əvvəlki vəzifəsini - Azərbaycan Dəmir Yolları QSC sədrliyini onun müavini Hicran Qardaşxan oğlu Valehovun icra etməsi ilə bağlı məlumat yayılıb.
Pravda.az həmin şəxsin dosyesini təqdim edir:
Valehov Hicran Qardaşxan oğlu 1968-ci ildə anadan olub. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib və texniki elmlər namizədidir.
O, 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.