Rusiya Mərkəzi Bankı bu gün keçirilən növbədəkənar iclasda faiz dərəcələrini 11%-ə endirib. Mərkəzi Bank növbəti iclaslarında əsas faiz dərəcəsinin daha da aşağı salınmasının mümkünlüyünü də etiraf edib.
Pravda.az xəbər verir ki, apreldə ölkədə illik inflyasiya 17,8%-ə çatıb, lakin mayın 20-nə olan hesablamalara görə, Rusiya Bankının aprel ayı proqnozundan daha sürətli azalaraq inflyasiya 17,5%-ə enib. Mərkəzi Bankın proqnozuna əsasən, illik inflyasiya 2023-cü ildə 5-7% , 2024-cü ildə isə 4%-ə qədər azalacaq.