Məzmuna keç
Pravda.az — xəbər portalı
Hərbi

Azərbaycan Ermənistan hərbçisini qaytardı

1 005
Paylaş:
Azərbaycan Ermənistan hərbçisini qaytardı

Bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Mayın 22-də Brüsseldə üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq və Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə Eduard Martirosov mayın 26-da erməni tərəfinə təhvil verilib.

APA

Paylaş:

Ən son xəbərlər