İspaniyanın Barselona məhkəməsi məşhur müğənni Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib.
Bu barədə İspaniyanın Kataloniya bölgəsinin Ali Məhkəməsinin press-relizində bildirilib.
Məlumata görə, 45 yaşlı müğənni 2012-2014-cü illər arasında İspaniyada vergi rezidenti olduğu müddətdə altı cinayət törətməkdə ittiham olunur. Şakira 14,5 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.