Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Xalq artisti: “Heyrət içində qalırlar ki, necə belə vəhşi olmaq olar?!”

1 098
Paylaş:
Xalq artisti: “Heyrət içində qalırlar ki, necə belə vəhşi olmaq olar?!”

“Əvvəllər yalnız şəkillərdə dağılmış evimizin və digər yerlərin vəziyyətini görürdüm. Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra isə Qarabağa, Şuşaya olan səfərlərimdə ermənilərin orada törətdiyi vəhşiliklərin, vandaliz aktlarının canlı şahidi oldum. Həyatım boyunca elə bir şey görməmişdim. Həmişə “Pianoçu” filminə baxanda deyirdim ki, necə hər yer uçulub dağılmış dəhşətli vəziyyətdədir... Təsəvvür edin ki, torpaqlarımızı ondan da betər günə qoymuşdular və bu reallıq idi, filmdəki kimi dekorasiyalar deyildi. Hələ öz evimizi götürürəm. Bizim ev mərkəzi küçədə idi, aşağıda olan küçədə isə ümumiyyətlə hər yer dağıdılmış şəkildə, daşlardan ibarət idi.”

Bunu Pravda.az-a Azərbaycanın Xalq Artisti Firəngiz Mütəllimova ermənilərin Qarabağda törətdiyi vandallıq aktları barədə danışarkən deyib.

Xalq artisti bildirib ki, bütün dünya bunları görür: “Ürəyim onunla sakitləşir ki, əvvəllər səsimizi heç yerə çatdıra bilmirdik, yəni deyirdik, amma arxamızda durmurdular, maraqlanmırdılar, indi isə elə bir şərait yaranıb ki, hamı gəlir, görür bu vəhşlikləri. Bütün dövlətlərin nümayəndələri gəlir və bunları öz gözləri ilə görüb, heyrət içində qalırlar ki, necə belə vəhşi olmaq olar?! Allah dövlətimizi, xalqımızı qorusun, hər şey zamanla bərpa olunacaq. Tarix boyu onsuz da elə əziyyətlərlə rastlaşmışıq ki...  Şükürlər olsun, torpaqlarımızı geri qaytara bildik. Həmişə deyirdim ki, təki Şuşa alınsın, ora heç getməsəm də, olar, sadəcə, bilim ki, geri alınıb. Amma Allah elə qismət etdi ki, oraya artıq iki dəfə getmişəm. Ümid edirəm ki, bu gedişlərin sayı daha da çox olar, hətta birdəfəlik gedə bilərəm Şuşaya”.

Leyla

Paylaş:

Ən son xəbərlər