Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda hərbçi intihar etdi

992
Paylaş:
Azərbaycanda hərbçi intihar etdi

May ayının 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.

Pravda.az xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.

İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Paylaş:

Ən son xəbərlər