Bu gün günorta saatlarında paytaxtda güclü yanğın olub. Bakı Elektrik Maşınqayırma Zavodunun ərazisində plastmas istehsalı sexində baş vermiş yanğın o qədər güclü olub ki, hadisə yerinə 20 yanğınsöndürən avtomobil, xeyli sayda canlı qüvvə və hətta 2 helikopter cəlb olunub. Hadisə zamanı iki yanğınsöndürən xəsarət alıb.
Güclü yanğın tez bir zamanda zavodu ağuşuna alıb.
Hadisə günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakı Elektrik Maşınqayırma zavodunun plasmas istehsal sexində qəfildən yanğın olub. Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb edilib. Yanğının mürəkkəbliyi nəzərə alınaraq 20-ə yaxın yanğınsöndürən avtomobil və 80-ə canlı qüvvə hadisə yerinə gələrək alovu söndürməyə başlayıblar.