Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilir.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayacağı gözlənilir.
Belə ki, Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilir.