Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib.
Pravda.az-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olunub.