Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən şirkətlə bağlı qərar çıxardı

961
Paylaş:
Məhkəmə Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən şirkətlə bağlı qərar çıxardı

Nizami Rayon Məhkəməsində “Buta Farm” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

Qeyd: "Buta Farm" şirkəti barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokollar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Xatırlatma: Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu iddia edilir.

Paylaş:

Ən son xəbərlər