Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Müxalif deputatlara cinayət işi açıldı

1 020
Paylaş:
Müxalif deputatlara cinayət işi açıldı

Ermənistan parlamentinin müxalifətçi deputatları - Arsvik Minasyan və “Şərəf duyuram” fraksiyasının üzvü Taron Marqaryana qarşı cinayət işi başlanıb.

Bu barədə “Ermənistan” fraksiyasının deputatı Arsvik Minasyan bildirib.

Minasyanın sözlərinə görə, o, Marqaryanla müxalifətin mitinqlərindən birinin iştirakçılarına pul paylamaqda şübhəli bilinir.

"Mayın 6-da Armavir vilayətində cinayət işi başlanıb. Bizə məlumat verilib ki, guya mən və Taron Marqaryan etirazçılara pul paylayırıq", - Minasyan bildirib.

Deputat qeyd edib ki, ona və həmkarına qarşı açılan cinayət işi uydurmadır.

Report

Paylaş:

Ən son xəbərlər