Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı vətəndaşlara olan diqqət və qayğının göstəricisi idi" - RƏY

1 115
Paylaş:
"Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı vətəndaşlara olan diqqət və qayğının göstəricisi idi" -     RƏY

"Cənab Prezident İlham Əliyev növbəti dəfə humanistliyini, hər bir vətəndaşın taleyini diqqətdə saxladığını nümayiş etdirdi. 213 məhbusun əfv edilməsi həm də həmin insanların ailə üzvlərinin, dostlarının sevinci deməkdir. İl ərzində bir neçə dəfə Azərbaycan üçün önəmli olan tarixi günlər ərəfəsində əfv sərəncamlarının şahidi oluruq. Bu siyahıya xarici ölkə vətəndaşlarının da adının daxil edildiyini görürük. Cənab Prezident daim bu məsələləri diqqətdə saxlayır. Azərbaycanda cəza siyasəti ildən-ilə daha da humanistləşir. Bəzi məhbusların ev dustaqlığına buraxılması da bu qəbildən olan məsələlərdir".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat müxalifətin əfv sərəncamının az sayda məhbusu əhatə etməsi iradına da münasibət bildirib: "İddialarının heç bir əsası yoxdur. Əfv sərəncamı ilə Aministiya aktı arasında böyük fərq var. Aministiya Aktı parlament tərəfindən qəbul edilir, konkret maddələr üzrə müəyyənləşir. Əfv sərəncamı isə konkret şəxslər üzərində qurulur. Nəzərə almalıyıq ki, əfv sərəncamları ildə bir neçə dəfə verilir və çox sayda insan əfv edilir. Mayın 27-də imzalanan sərəncam Azərbaycan dövlətinin vətəndaşlara olan diqqət və qayğısının göstəricisi idi"

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər