Ukraynaya gedən könüllülər arasında Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü, deputat Helen Qrantın oğlu Ben Qrant da olub. Bu fakt “İzdanie I” nəşri tərəfindən aşkara çıxarılıb.
Kral Dəniz Qüvvələrinin xüsusi təyinatlı batalyonunda beş illik təcrübəyə malik olan 30 yaşlı Qrant parlamentari Helen Qrantın oğludur. Helen Qrant 12 ildir parlamentdə işləyir və 12 ildir Baş nazir Boris Consonun qızların təhsili üzrə xüsusi nümayəndəsidir.