Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Əfv sərəncamı Azərbaycan dövlətinin vətəndaşlara göstərdiyi qayğının nəticəsidir” – Nəsib Məhəməliyev

852
Paylaş:
“Əfv sərəncamı Azərbaycan dövlətinin vətəndaşlara göstərdiyi qayğının nəticəsidir” –       Nəsib Məhəməliyev

“Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı 213 nəfər məhkuma şamil edilib və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, bu sərəncam sayca 36 -cı olmaqla, ölkə başçısının fəaliyyətində hər zaman nümayiş etdirdiyi humanizm prinsiplərinə sədaqətinin bariz nümunəsidir. Müxtəlif dövrlərdə cinayət törətmiş, lakin qanunvericiliyə əsasən, cəzasının müəyyən hissəsini qüsursuz çəkmiş, şəxsiyyəti, eyni zamanda səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi aşağı olan məhkumlar əfv sərəncamından yararlanırlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev xatırladıb ki, əfv sərəncamları  ilə yanaşı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə amnistiya aktları da qəbul olunub.

Deputatın sözlərinə görə, hər bir cəmiyyətdə olduğu kimi, təəssüf ki, Azərbaycan cəmiyyətində də cinayətlər baş verir: “Həm əfv sərəncamları, həm də amnistiya aktlarının 15 mindən artıq insanı əhatə etməsi Azərbaycan dövlətinin vətəndaşlara göstərdiyi qayğının nəticəsidir".

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər