"Red Bull"un meksikalı pilotu Serxio Peres "Formula 1" üzrə Monako Qran-prisinin yeddinci turunda qalib gəlib.
Yarış bazar günü keçirilib.
Pilotlar 77 dövrə vurmalı olsalar da, pis hava şəraiti səbəbindən 64-cü dövrədən sonra yarışı başa vurublar. Peres məsafəni 1 saat 56 dəqiqə 30,265 saniyəyə qət edib. İkinci yeri “Ferrari” komandasının pilotu ispan Karlos Sayns (1,154 saniyə yubanma), üçüncü yeri “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen (+1,491) tutub.