“Yeni açıqlanan, dəqiqləşdirilmiş seçici siyahısı indiki Milli Məclisin legitimliyinə çox ciddi zərbə vurur. 2020-ci ildə rəsmən qeydə alınan seçicilərin sayı 5,36 milyon olub. Onlardan 2,51 milyonu seçkiyə qatılıb, səs verib. Rəsmi məlumatdır. Əvvəlki hesabla 46.82 faiz iştirak səviyyəsi edirdi. Nə qədər də olsa, demək olardı ki, Milli Məclisin tərkibi xalqın təxminən yarısının iradəsini əks etdirir. İndi isə məlum olur ki, 2 il əvvəlki siyahı yanlış idi, seçici sayı əslində 6.4 milyon təşkil edir. Yenə də rəsmən. Onda iştirak səviyyəsi düşür 39 faizə. Yəni Milli Məclisin indiki tərkibi seçicilərin heç 40 faizinin iradəsini əks elətdirmir”.
Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məməədov bildirib.