İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “AZSERTCENTER” MMC-nin istehlakçıları və sahibkarlıq subyektlərini çaşdırmaqla ona verilmiş icazədən sui-istifadə edərək səlahiyyəti olmadığı halda, bir sıra istehlak mallarına qanunsuz uyğunluq sertifikatları təqdim etdiyini üzə çıxarıb.
Bu qurumun akkreditasiyası ləğv edildi
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Bunu nəzərə alaraq qurumun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi şirkətin uyğunluğun qiymətləndirilməsi (sertifikatlaşdırma) fəaliyyətinə verilmiş akkreditasiya attestatını ləğv edib.