Son vaxtlar ölkədə "A-95 PREMİUM" markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır. Məsələ ilə bağlı aidiyyəti qurumlar dəfələrlə cavab versələr də məlumatlar səngimək bilmir.
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğru deyil. Heç bir məhdudiyyətdən, bahalaşma söhbət belə gedə bilməz: "Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqələrində yaranmış texniki problemlə bağlı olub"
Qeyd edək ki, "A-95 PREMİUM" və "A-98 SUPER" markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq “Aİ-92” markalı benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları ölkəyə idxal olunur.