Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tural Abbaslı müzakirələrə səbəb olan videodan danışdı: "Şou düzəltməyə həvəsim yoxdur"

1 467
Paylaş:
Tural Abbaslı müzakirələrə səbəb olan videodan danışdı:     "Şou düzəltməyə həvəsim yoxdur"

“28 May - Müstəqilliyin Bərpası Günü ilə bağlı bir çox siyasi təşkilatlar Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir və orada kiçik tədbirlər təşkil edirlər. Demək olar, o tədbirlərin heç birində xüsusi insident baş vermir. Keçirdiyimiz tədbir siyasi tədbirdir, amma buna iqtidar-müxalifət deyil, dövlətçilik prizmasından baxmaq lazımdır. Aidiyyatı qurumların həmin günə aid olmayan heç bir şüarın səsləndirilməyəcəyi və ya tədbirin siyasi rəqabət predmetinə çevrilməyəcəyi ilə bağlı xəbərləri var idi. 300-dən artıq Ağ Partiya üzvü toplaşmışdı . Sadəcə, polis zabiti bir az canfəşanlıq etdi, insanlara kobudluqla “Dağılışın!” “Tez gedin!” şəklində səsləndi. Dedim ki, səbrli olun, onsuz da əvvəlcədən məlumat verilib. Bilmirəm, o polis özünü rəisə göstərmək istəyirdi, ya necə. Orada xüsusi bir şou düzətməyə nə həvəsim, nə də aqressiyam da var idi...”

Bunu Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı müdaxilə etdiyinə görə polisə xəbərdarlıq etdiyini bildirib: “Xəbərdarlıq etdim ki, siyasi tədbirə manə olmasın. Ümumiyyətlə, polis siyasi tərəf deyil və tərəf tuta da bilməz. Polis sabitliyi, sakitliyi, nizam-intizamı qorumlalıdır. Məncə, o,  bunu anladı və biz orada digər polislərlə də qarşılıqlı hörmətlə ayrıldıq. Rayonda keçirilən aksiyalarda onlarla üz-üzə gəldiyimizdən onların əksəriyyətini tanıyırıq. Cəmiyyətdir, hər şeyi müzakirə edir, müzakirə etməlidir də... Qoy etsinlər”.

Leyla

Paylaş:

Ən son xəbərlər