Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Meymunçiçəyinin çimərlik mövsümündə yayılması sürətlənə bilərmi? – Karantin rejiminin tətbiq edilməsi mümkündür

763
Paylaş:
Meymunçiçəyinin çimərlik mövsümündə yayılması sürətlənə bilərmi? –       Karantin rejiminin tətbiq edilməsi mümkündür

“Meymunçiçəyi virusu dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayıla bilər. Bu təmas yolu ilə yayılan bir infeksiyadır. Əgər digər ölkədən bu virusa yoluxmuş xəstə, yaxud da xəstəliyin inkubasiya dönəmində olan şəxs Azərbaycana daxil olarsa o, təmas şəklində başqa insanları yoluxdura bilər. Yəni bu xəstəliyin gələcəkdə Azərbaycanda ola biləcəyinə qeyri-adi bir hal kimi baxmaq lazım deyil. Meymunçiçəyi bütün dünyada olduğu kimi, ölkəmizdə də peyda ola bilər”.

Bunu Pravda.az-a həkim, professor Adil Qeybulla deyib.

A.Qeybulla çimərlik mövsümündə meymunçiçəyinin yoluxma ehtimalına da münasibət  bildirib: “Çimərlikdə diqqətli olmaq lazımdır. İnfeksiya yayılarsa, müəyyən karantin tədbirləri görülməlidir ki, qarşısı alınsın və xəstəlik lokallaşdırılsın. Belə olacağı təqdirdə çimərliklərə buraxılan insanlar da yoxlanılmalıdır”.

Leyla

Paylaş:

Ən son xəbərlər