Azərbaycandan Gürcüstanın Qara dəniz sahilinə ilk neft kəməri olan Supsanın açılışı bizə ixraca başlamağa və bir çox ölkənin ehtiyaclarını qarşılamağa imkan verdi.
Pravda.az xəbər verir ki, bu barədə bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Enerji təhlükəsizliyi tam təmin edilmirdi. Elektrik kəsintiləri, qaz tədarükü problemləri var idi. Beləliklə, biz öz enerji təhlükəsizliyimizin təmin edilməsi üçün çox çalışmağa başladıq və bu baş verdi. Biz eyni zamanda, paralel olaraq beynəlxalq investorlarla, neft istehsalının artırılması və beynəlxalq bazarlara çatdırılması məqsədi ilə dünyanın aparıcı enerji şirkətləri ilə fəal işləyirdik.