“Bir neçə gün öncə, Prezident İlham Əliyevin növbəti humanist addımının şahidi olduq. Müstəqilliyin Bərpası Günü ərəfəsində bir qrup məhbus əfv edildi. Sevindirici haldır ki, siyahıda uzun illərdir cəza çəkən şəxslər də var idi. Cənab Prezident sağ olsun ki, 22 ildir həbs cəzası çəkən Şəmsi Səmədzadəni də əfv etdi. O da Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsinə iş adamı kimi öz töhvəsini verəcəyini dedi. Lakin Şəmsi Səmədzadə ilə bağlı sosial şəbəkələrdə bir çox məsələlər müzakirə olunur. O, iş adamı olub. Bizneslə məşğul idi. Yenə də bizneslə məşğul olacağını ehtimal edirik. Çünki özü də ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə verdiyi ilk açıqlamasında bunu bildirdi”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.