Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Parkovşik" restoranda ofisiantı bıçaqladı

1 067
Paylaş:
"Parkovşik" restoranda ofisiantı bıçaqladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Anar Ağayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.


Hökmə əsasən, ona 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. A.Ağayevin haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.


İttihama görə, hadisə 2021-ci il avqustun 9-u saat 12 radələrində Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən “Ağ Saray” şadlıq sarayının qarşısında qeydə alınıb.


Belə ki, A.Ağayev həmin sarayın avtomobil dayanacağında nəzarətçi ("parkovşik") işləyən zaman “Ağ Saray”ın ofisiantı olmuş Hafiz Əliyev ona yaxınlaşıb. Bu zaman H.Əliyev A.Ağayevin əldə olan rezin çubuğu (dubinkanın) götürərək onu ələ salıb. Həmin şəxslərin arasında mübahisə düşüb.


Daha sonra H.Əliyev A.Ağayevin ailəsinin ünvanına nalayiq söyüşlər söyüb. Nəticədə o, “Ağ Saray” şadlıq sarayının binasının giriş hissəsində olan pilləkənin üzərində üzərində olan bıçaqla A.Ağayevin döş qəfəsinə bir bıçaq zərbəsi endirib.


A.Ağayev zərərçəkmişə xəsarət yetirdikdən sonra onu restoranın foyesinə itələyərək yerə yıxıb əlində olan bıçaqla Hafizin boğaz nahiyyəsindən təkrarən xəsarət yetirmək istəyib. Bu zaman ətrafda olan şəxslər müdaxilə edərək onları ayırıblar.


A.Ağayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər