Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Yeni tikilən binalarda təhlükə: Sahibkarlar zirzəmilərdə sütunların yerini dəyişdirir və ya zədələyir - AÇIQLAMA

1 184
Paylaş:
Yeni tikilən binalarda təhlükə: Sahibkarlar zirzəmilərdə sütunların yerini dəyişdirir və ya zədələyir -     AÇIQLAMA

“Tikinti zamanı binanın bütün parametrləri, mərtəbələri, yardımçı tikililəri, tikinti zamanı istifadə oluncaq tikinti məhsulları, avadanlıqlar, dam örtüyü, zirzəmisi, həyətyanı sahəsi tikinti normalarına uyğun layihələndirilir. Qeyd etmək lazımdır ki, bütün yaşayış binalarında zirzəmi bina sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulur. Bina zirzəmilərinin digər məqsədlər üçün istifadə olunması, sahibkarlıq subyektlərinə verilərək onların zədələnməsi yolverilməz haldır.”

Bunu Pravda.az-a təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.

E.Nurəliyev qeyd edib ki, zirzəmilər sahibkarlıq subyektlərinə verildiyi halda oradakı sütunlara müəyyən müdaxilələr olunur, yerləri dəyişdirilir və ya sütunların zədələnməsi prosesi müşahidə olunur: “Zirzəmilərə olunan fiziki müdaxilələrdən əlavə bəzən müəyyən sahibkarlıq subyektlərində qaz balonlarından istifadə olunması hallarına da rast gəlirik. Təbii ki, bu cür hallar yolverilməzdir. Ümumiyyətlə, binanın zirzəmisindəki sütunlara hər hansı bir müdaxilə binanın möhkəmliyinin və dayanaqlığının itirilməsinə gətirib çıxarır. İdarəçilik tikintini aparan şirkətlərdə olduğu üçün onlar bu məsələlərə xüsusi diqqət yetirməlidirlər”.

Leyla

Paylaş:

Ən son xəbərlər