“Deyirlər ki, Rasim Balayev Kinematoqrafçılar İttifaqından Rüstəm İbrahimbəyova görə istefa vermişdi, indi isə sədr seçilir. Axı bu barədə danışanlar əsl həqiqəti bilmirlər. Ona görə də danışırlar. Həmin vaxt istefa vermədim. İttifaqın üzvü kimi qaldım. Birinci katiblikdən istefa verdim. Sonradan məni yenidən birinci katib seçmək istəyəndə, dedim ki, işləyə bilmərəm, amma katib olaram. İndiyə qədər də katib idim. Elə xırdalıqlar var ki, onları açıb-ağartmaq istəmirəm. Olmalı idi, oldu. Burada başqa bir şey yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev deyib.