Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ruslan İzzətli nazirliyi və DSK-nı məhkəməyə verdi

953
Paylaş:
Ruslan İzzətli nazirliyi və DSK-nı məhkəməyə verdi

Azərbaycanın tanınmış siyasətçisi Ruslan İzzətli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dairə Seçki Komissiyasını (DSK) məhkəməyə verib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə siyasətçi Bakı İnzibati Məhkəməsinə müraciət edib.


Belə ki, Ruslan İzzətli inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələ irəli sürüb.


İddia hakim Mehriban Qarayevanın sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd edək ki, Ruslan İzzətli 2009-cu ildə Bütöv Azərbaycan Gənclər Təşkilatının (BAGT) I Təsis Qurultayında sədr seçilib. 2012-ci ilə qədər BAGT sədri olub. 2012-2013-cü illərdə Ümid Partiyası İdarə Heyətinin üzvü və sədrin müavini olub. 2013-cü il Prezident seçkilərindən sonra partiya sıralarından istefa verib. 2013-cü il martın 18-də "D18" Hərəkatının sədri olub. 2015 və 2020-ci illərdə baş tutan Parlament seçimlərində 33 saylı Xətai Birinci dairəsindən namizəd olub.


O, 2020-ci il mayın 25-də müddətli həqiqi hərbi xidmətə aparılıb. Azərbaycan Ordusunun əsgəri olmuş Ruslan İzzətli Vətən müharibəsində iştirak edib. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
 

Prezident İlham Əliyevin 20 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Ruslan İzzətli "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər