Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Vətən müharibəsində qazanılan zəfər beynəlxalq aləmdə dövlətimizin mövqeyini daha da gücləndirib” - RƏY

901
Paylaş:
“Vətən müharibəsində qazanılan zəfər  beynəlxalq aləmdə dövlətimizin mövqeyini daha da gücləndirib” -       RƏY

“Bu gün növbəti dəfə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubun məğzi son zamanlar hər iki ölkənin inkişaf edən münasibətlərini əks etdirir. Bayden məktubda 2019-cu ildə  Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan - “Əsrin Müqaviləsi” iyirmi beş illiyinə həsr olunmuş  ilk “Caspian Oil and Gas” sərgisinin uğrundan bəhs edib. Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən, hazırda Azərbaycanla bu sahədə müxtəlif yönlü əməkdaşlıqlar edən aparıcı şirkətlər daxil idi. ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıq yalnız neft-qaz sahəsində deyil, iqtisadiyyatın digər sferalarında da genişlənir və inkişaf edir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat qeyd edib ki, Azərbaycan tərəfindən yeridilən uğurlu xarici siyasət strategiyası nəticəsində ABŞ-ın ən mühüm şirkətlərinin ölkədəki beynəlxalq neft-qaz layihələrinə cəlb edilməsi bu sahənin inkişafına təsir göstərməklə yanaşı, ABŞ-ın Azərbaycana yönəlik siyasətində dəyişikliyə səbəb olub: “Azərbaycan neftinin dünya bazarlarına çatdırılmasını təmin etmək üçün ABŞ-ın iştirakı ilə reallaşdırılan mühüm layihələr Azərbaycanın iqtisadi potensialını gücləndirməklə yanaşı, ölkə təhlükəsizliyinin təmin olunmasında da əsaslı roy oynadı. Cənab Bayden Azərbaycanın  həm də regional və qlobal trans-Xəzər əməkdaşlığı layihəsinin  nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malik olmasını da xüsusilə qeyd edib. Məktubda diqqət çəkən digər məqam Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində cənab prezidentin davamlı siyasətinin təqdirəlayiq hal kimi qiymətləndirilməsidir.  İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunmuş zəfər nəinki regionda, hətta beynəlxalq aləmdə də dövlətimizin mövqeyini daha da gücləndirdi. Biz buna son 15 gündə Amerika kimi nəhəng bir güc dövlətinin başçısının dövlətimizin başçısına ünvanladığı  hər iki məktubu zamanı şahidi olduq. Bu gün Azərbaycan bir çox dövlətlərin davamlı tərəfdaşı və əməkdaşıdır”.

Leyla

Paylaş:

Ən son xəbərlər