“Fransa siyasətinə iki mövqedən yanaşmağın tərəfdarıyam. Birincisi, hakimiyyətin mövqeyi, Qarabağa, Azərbaycana münasibətidir. İkincisi isə müxalifətdə olan, hakimiyyətə gəlmək istəyən, o cümlədən ermənilərlə əməkdaşlıq edən qüvvələrin mövqeyidir. Fransa hakimiyyətinin mövqeyi əslində hər zaman loyal olub və Azərbaycanla münasibətləri gərginləşdirmək istəməyib. Hər zaman da iki ölkə arasında normal münasibət olub. Amma məhz orada yaşayan ermənilərin səsini almaq üçün digər namizədlər hər zaman Azərbaycanı hədəf alıb, ermənilərin təxribatlarını həyata keçiriblər. Bu, yalnız ermənilərin səsini almaq, onlara özünü yaxşı göstərmək üçündür”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, deputat Razi Nurullayev deyib.
