Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Bu, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyasının məntiqi nəticəsidir - RƏY

1 005
Paylaş:
"Bu, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyasının məntiqi nəticəsidir -        RƏY

“Fransa prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubdakı fikirlər reallığı tam əks etdirir. Otuz illik işğal dövründə ATƏT-in Minsk qrupu həmsədri olaraq Fransa hər zaman ya açıq şəkildə, ya da üstüörtülü şəkildə Ermənistana dəstək verirdi. Fransada erməni diasporu çox güclüdür və bu diaspora dəstək verən erməni lobbi təşkilatları da həddindən artıq çoxdurlar. O da məlumdur ki, Fransada oturuşmuş, ictimai rəyə əsaslanan türkofobiya, islamofobiya meyilləri hər zaman güclü olub.”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Fransa qlobal siyasətdə özünü Türkiyə ilə rəqabət aparan bir dövlət kimi görür: “Təbii ki, bu səbəbdən irəli gələrək Fransa Cənubi Qafqaz siyasətini sırf buna uyğun şəkildə həyata keçirir. Ancaq 44 günlük müharibədə Azərbaycan xalqının göstərdiyi dəyanət, Müzəffər Azərbaycan ordusunun XXI əsrin müharibəsini aparması və cəmi 44 gündə elə çətin bir relyefə sahib ərazidə ən müasir döyüş standartlarına uyğun şəkildə əməliyyat həyata keçirərək torpaqlarımızı azad etməsi bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlarla isə həm Fransa, həm də bütün dünya birliyi hesablaşır və hesablaşmağa məcburdular. Onu da qeyd etmək lazımdır ki, günü-gündən Azərbaycanın Fransanın da yerləşdiyi Avropa Birliyi üçün iqtisadi, siyasi, geosiyasi, nəqliyyat-loqistika baxımından əhəmiyyəti artır. Əlavə olaraq onu da vurğulamaq yerinə düşər ki, Ukrayna-Rusiya müharibəsi fonunda Azərbaycandan keçən nəqliyyat-loqistika şəbəkəsinin, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunması səbəbilə Azərbaycanın önəmi özünü daha qabarıq şəkildə göstərir. Bu proseslərdə Azərbaycan Şərq və Qərb, Avropa və Asiya arasında körpü rolunu oynayaraq zəncirin vacib bir elementinə çevrilib. Buna görə də Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan prezidenti İlham Əliyevə söylədiyi fikirlər reallığı tam əks etdirir və günü-gündən daha sürətlə inkişaf edən, beynəlxalq nüfuzu artan dövlət olan münasibəti özündə ehtiva edir. Bu reallıqları isə Azərbaycan, Azərbaycan Prezidenti cənab İlham Əliyev yaradıb və bütün bununla Azərbaycanın apardığı hücum diplomatiyasının məntiqi nəticələridir.”

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər