İcarəyə verilən avtomobillər, taksi fəaliyyəti göstərən ekonom nəqliyyat vasitələri...
Son vaxtlarbelə avtomobillərin icbari sığortasından imtina edilməsi ilə bağlı iddialar yayılır.Xüsusilə, mühərrikinin həcmi 2 kub santimetrə qədər olan nəqliyyat vasitələrininsahibləri bu cür problemlə qarşılaşdıqlarını bildirirlər. Avtomobil alqı-satqısı ilə məşğul olan Sərxan Qədirov dadeyir ki, son günlər sürücülər tez-tez belə hallarla üzləşirlər.
Sərxan Qədirovun sözlərinə görə, bəzən də şirkətlər avtomobilin sığorta dəyərindən 2 dəfə artıq məbləğ tələb edirlər.
Məsələni araşdırmaq üçün sığorta şirkətlərindən biri ilə əlaqə saxladıq. Bildirildi ki, şirkət nəqliyyat vasitələrinin sığortalanmasından imtina etmir. Ancaq 1,5 və 2 kub santimetr arası mühərrikli avtomobillərin icbari sığortasına daha həsssas yanaşırlar. Çünki həmin avtomobillər, əsasən taksi fəaliyyəti üçün istifadə edilir.