Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Grand Motors”a cərimə protokolu yazıldı

918
Paylaş:
“Grand Motors”a cərimə protokolu yazıldı

“Grand Motors” MMC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər