Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Gömrük Komitəsi “Coca-Cola”nı cərimələdi

911
Paylaş:
Gömrük Komitəsi “Coca-Cola”nı cərimələdi

Azərbaycanda məşhur içki şirkətinə yenidən cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Koka-Kola (“Coca-Cola”) Bottlers Limited” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elçin Ağayevin icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Daha əvvəl şirkət barəsində eyni xətai ilə bağlı cərimə protokolu yazılmışdı.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər