Bakı Kommersiya Məhkəməsində “Azneftemaş” ASC-nin “Azərişıq” ASC-yə qarşı iddiası əsasında məhkəmə başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyunun 26-na təyin edilib.
Xatırlatma: “Azneftemaş” ASC “Azərişıq” ASC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Şirkət elektrik istehlakı ilə bağlı tələb irəli sürüb.
Qeyd: "Azneftemaş" ASC-nin prezidenti Şahmar Rüstəm oğlu Vəliyevdir. Ş.Vəliyev Hərbi prokuror Xanlar Vəliyevin və Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.
Vəliyevlər beş qardaşdırlar.
Gəncə, Yevlax, Mingəçevir və Bakı şəhərlərində çoxsaylı biznes obyektlərinə sahib olan qardaşların biznes fəaliyyəti ölkə hüdudlarını aşaraq, Rusiya və Türkiyəyə də ayaq açıb. Onlar neft-qazma avadanlıqları, tikinti materialları istehsalından tutmuş, tikinti və daşınmaz əmlak sektorlarınadək ən müxtəlif sahələrdə təmsil olunurlar.
Kamal Məmmədov