Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında gərginlik: Hacı Vəliyev Fazil Talıbovun yaxasından yapışdı

1 789
Paylaş:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında gərginlik:     Hacı Vəliyev Fazil Talıbovun yaxasından yapışdı

Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.

Pravda.az xəbər ki, onlar əlillik təyinatı ilə bağlı yoxlamanın nəticələrinə etiraz ediblər.

Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etiraz edənləri dinləyib. Bəzi məsələlərin araşdırılacağını bildirib.

F.Talıbov qeyd edib ki, əlillik təyinatını təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirmir. Komissiyanın tərkibinə digər qurumların mütəxəssiləri də daxildir. Bu zaman gərginlik yaranıb. Qazi Hacı Vəliyev Fazil Talıbovun yaxasından yapışaraq etiraz edib.

Kənan

Paylaş:

Ən son xəbərlər