Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Amil Sadiqov və Müsahib Miskinlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsə hökm oxunub.
Hökmə əsasən, Amil Sadiqov 11 il 6 ay və Müsahib Miskinli isə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qeryd: 2021-ci ilin aprel ayında Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş verən quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.
Polis Şöbəsinə rayonun Əliyaqublu kənd sakini olan bir qadının və onun yetkinlik yaşına çatmayan oğlunun müxtəlif bıçaq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub.