Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Yevlax sakini “kişi deyilsən” sözünə görə qayınatasını bıçaqladı

989
Paylaş:
Yevlax sakini “kişi deyilsən” sözünə görə qayınatasını bıçaqladı

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Kamil Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsə hökm oxunub.

Hökmə əsasən, o, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İttiham aktına əsasən, hadisə 2021-ci il iyulun 15-də Yevlax şəhəri M.Hüseynzadə küçəsində yerləşən evdə qeydə alınıb.

Belə ki, yüngül dərəcəli sərxoş vəziyyətdə olan Kamil Məmmədov arvadı Banu Məmmədovanın (ad, soy adı şərti) əxlaqsız hərəkətlər etməsini əsas gətirərək onunla ailə münasibətləri zəminində mübahisə edib. Daha sonra o, həm dayısı, həm də qayınatası olan Vahid Cənnətovu (ad, soy adı şərti) evə çağıtdırıb. Kamil Məmmədov əlindəki çapacaqla Banunun başına vuraraq əzib. Bu zaman Vahid Cənnətov da hadisə yerinə gəlib. O, Kamilə “kişi deyilsən, nə üçün arvadına şər atıb bu vəziyyətə salırsan” deyib. Kamil qayınatasının bu sözünə əsəbləşərək bıçaqla onun qarın nahiyəsinə 1 dəfə zərbə endirib.

Daha sonra Vahid Cənnətov hadisə ilə bağlı polisə müraciət edib. Kamil Məmmədov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər