Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin ləğv prosesində olan “Lider TV və Radio-Azərbaycan” MMC-yə qarşı iddiasına baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Əhmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, İstehsalat Birliyinin iddiası təmin olunub.
Xatırlatma: “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin ləğv prosesində olan “Lider TV və Radio-Azərbaycan” MMC-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.
Qeyd: “Lider TV və Radio-Azərbaycan” Bakı Kommersiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə müflis elan olunub, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasov onun əmlak inzibatçısı təyin olunub. Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Daha sonra Ali Məhkəməyə müraciət olunub. Qərara əsasən, şikayət təmin edilməyib və “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.