Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Tural Sadıqlının kimləsə problemi varsa, bunun Azərbaycan hökumətinə aidiyyatı yoxdur”

1 071
Paylaş:
Deputat: “Tural Sadıqlının kimləsə problemi varsa, bunun Azərbaycan hökumətinə aidiyyatı yoxdur”

“Bu gün Azərbaycanın dünyadakı nüfuzu artmaqdadır. Dövlətimiz uğurlu hücum diplomatiyası yürütməklə 44 günlük vətən müharibəsində əldə etdiyi tarixi zəfəri diplomatik müstəvidə də möhkəmləndirir. Belə olan halda erməni dairələrinin, lobbilərinin, ermənipərəst qüvvələrin bundan çox ciddi narahatlıq keçirdiyini görürük. Bununla bağlı müəyyən mənada Azərbaycana qarşı çirkin kampaniyalar aparılır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

“Bu yaxınlarda Bakıda keçirilən aksiya zamanı heç bir qarışdurma olmadığı halda, müəyyən qüvvələr tərəfindən aksiyadan bir neçə gün əvvəl hazırlanmış və guya aksiya iştirakçılarına qarşı zorakılığın tətbiq olunması ilə bağlı bəyanatlarla çıxış etmələri bunun əyani sübutudur. Qeyd olunanların tam əksinə aksiyada heç bir zorakılıq halı baş verməmişdi və təhlükəsizlik yüksək səviyyədə təmin edilmişdi. Digər diqqətçəkən məqam Almaniya hökuməti tərəfindən orada yaşayan mühacirlərin mərhələli şəkildə Azərbaycana deportasiya olunması və onların bəzilərinə qarşı konkret cinayət əməlləri və faktlarına görə cinayət işinin açılmasıdır. Həmin qüvvələr bunu Azərbaycana qarşı istifadə etməyə və məsələni siyasiləşdirməyə çalışırlar. Digər bir tərəfdən heç kimə lazım olmadığını çoxdan hiss edən “Azad söz” “YouTube” kanalının rəhbəri Tural Sadıqlı açıqlama verir ki, guya Azərbaycan hökuməti onu “zərərsizləşdirməyə” çalışır və hansısa insanlar vasitəsilə təzyiqlər göstərilir. Əslində bu, bir daha onların cılızlığını göstərir. Sadəcə, belə şou düzəltməklə bunu Azərbaycan hökumətinə qarşı istifadə etməyə çalışırlar. Birmənalı olaraq qeyd etmək lazımdır ki, həmin qüvvələr məhz ermənipərəst dairələr tərəfindən tapşırılmış bir mexanizmi icra edirlər və bundan siyasi məqsədləri naminə istifadə etməyə çalışırlar. Birincisi, həmin şəxs Azərbaycanda yaşamır. O, ölkədən kənarda, Qərb ölkələrinin birində yaşayır. Onun orada kimləsə hansısa problemi varsa, bunun Azərbaycan dövləti və hökumətinə heç bir aidiyyatı yoxdur. İkinci məsələ budur ki, onlar yaxşı görürlər ki, artıq heç kimə lazım deyillər və Azərbaycan cəmiyyəti uzun illər əvvəl onların ermənilərə xidmət etdiyini yaxşı başa düşüb. Bu baxımdan da onların ermənilərə göstərdikləri xidmət artıq heç bir nəticə vermədiyindən çalışırlar ki, belə bir şəkildə Azərbaycan dövlətini hansısa formada ləkəsinlər. Əminliklə deyə bilərəm ki, istəklətonə nail ola bilməyəcklər. Dünya azərbaycanlıları milli birlik nümayiş etdirirlər, dövlətə dəstək verirlər. Ölkədə xalq-iqtidar birliyi mövcuddur. Hədəfimiz yalnız güclü və qüdrətli Azərbaycanı inkişaf etdirməkdir” - C.Osmanov qeyd edib. 

Leyla

Paylaş:

Ən son xəbərlər