29 yaşlı motosiklet yarışçısı Mark Perslou Men adasında yarış zamanı qəzaya düşüb, həkimlər idmançının həyatını xilas edə bilməyiblər.
Qəza təsnifat mərhələsinin üçüncü raundunda baş verib. Britaniyalı idmançı idarəetməni itirərək trasdan çıxıb. Bundan sonra Purslou ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Orada onu xilas etmək mümkün olmayıb.