Uzun illər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə biznes şəriki olan “Sədərək Yusif” kimi tanınan Yusif Qədiməliyev onunla yollarını ayırıb.
Pravda.az xəbər verir ki, bu baradə Gununsesi.info-ya məlumat verən mənbənin sözlərinə görə, Ramiz Mehdiyevin “vurulmasından” sonra sahibi olduğu Sədərək Ticarət Mərkəzini itirmək təhlükəsi qarşısında qalan Yusif Qədiməliyev bu addımı atmağa məcbur olub.
Hər ay Ramiz Mehdiyevə milyonlarla vəsait verən “Sədərək Yusif” əksər biznes layihələrində onu özünə şərik seçmişdi.
Bunun da müqabilində toxunulmazlıq statusu alan Yusif Qədiməliyev uzun illər on milyonlarla vergidən yayına bilmişdi.