Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Aqil Abbas: “Pensiyamı ala bilmirəm, gedib deyirəm, pensiyamı verin, məni kim öyrədəcək?”

1 302
Paylaş:
Aqil Abbas: “Pensiyamı ala bilmirəm, gedib deyirəm, pensiyamı verin, məni kim öyrədəcək?”

“Dövlət qazilərin problemləri ilə bağlı xüsusi komissiya yaratmalıdır. Bu məsələ təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən asılı deyil. Müdafiə Nazirliyi də var, tibb idarələri də, Səhiyyə Nazirliyi də. Biri onun üstünə göndərir, o biri bunun üstünə... Mübahisələr çoxdur. Necə ki, veteranlar üçün Nazirlər Kabineti tərəfindən xüsusi göstəriş verildi, komissiya yaradıldı. İndi də komissiya yaradılmalı, bu işlə məşğul olunmalıdır. İki ildir müharibə qurtarıb, hələ bununla bağlı qərar verilməyib. Bu məsələni bir adamın üstünə atmaqla düzələn iş deyil. Amma hər bir halda, gələn adamın qarşısına çıxarlar. Qazi gəlibsə, onların qarşısına çıxılmalıdır. Müavinlər qaziləri qəbul etməli, söhbət aparmalıdır. Belə olsa, onlar da qapını qırmazlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Qazilərimiz müharibə görmüş, top-tüfəng, güllə səsi eşitmiş adamlardır. Bu gün Bakının üstündən üç dənə qırıcı təyyarə uçdu, o şahinlərin uçuşundan, təyyarənin səsindən insanlar vahiməyə düşdülər. Qazilər isə 44 gün bunu görüblər. Əsəbi adamlardır. Müharibə sindromu var, bu da keçib gedəcək. Həssas yanaşmaq lazımdır. Onları aksiya keçirmək üçün kimsə öyrədəsi deyil ki... Pensiyamı ala bilmirəm, gedib deyirəm, pensiyamı verin, məni kim öyrədəcək?”,- A.Abbas bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər