“Son günlər “Azərişıq” ASC-nin sms tipli sayğacları ilə bağlı şikayətlər kəskin artıb. Ümumiyyətlə, ölkədə, sanki hansısa əl suni narazılıq ocaqları yaratmaq və vətəndaşları dövlətə qarşı qaldırmaq xətti seçib. Smart tipli işıq sayğacları ilə bağlı ortaya çıxan ciddi narahatlıq və narazılıq var. Görəsən “Azərişıq” ASC nə etmək istəyir? Ötən gün qazilər haqlı olaraq narazılıqlarını bildirdilər, biz daha çox bu problemlərin həllinə köklənməliyik. Amma nə baş verir? “Azərişıq” da bir tərəfdən vətəndaşları incidir, şikayətlərin ardı-arası kəsilmir. Hər dəfə də açıqlama yayırlar ki, kimin şikayəti varsa, rəsmi müraciət etsin, araşdırılsın. Niyə vətəndaşın vaxtı hədər getməlidir? Narazılığı bir-iki nəfər etmir ki... ASC-nin rəhbərliyi xidmət göstərə bilmirsə, başqa işlə məşğul olsun, daha peşəkar kadrlar var, gəlsinlər, idarə etsinlər”.
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.
