Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Nişan karvanı yasa çevrildi: Keçmiş hərbçi yaşlı kişini maşınla vurub öldürdü

1 025
Paylaş:
Nişan karvanı yasa çevrildi:     Keçmiş hərbçi yaşlı kişini maşınla vurub öldürdü

Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazax rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərli sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd: Hadisə 16 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Qazax-Quşçu Ayrım avtomobil yolunun 14-cü kilometrliyində rayonun Abbasbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, həmin gün sürücülük vəsiqəsi olmayan Elçin Əliyev qardaşına məxsus “VAZ-21074” markalı avtomobilli nəqliyyat vasitələrini idarəetməni sürücülük vəsiqəsi əsasında həyata keçirmədən həmin idarə edib. O, idarə etdiyi avtomobillə hərəkətdə olan zaman Qazax rayonu, Abbasbəyli kənd sakini, yaşlı kişini - Faiq Mərdanovu vurub. Xəstəxanaya çatdırılan yaralı orada ölüb. Elçin Əliyev məhkəmə ifadəsində bildirib ki, əvvələr hərbiçi işləmiş, 2021-ci ilin təxminən avqust ayında hərbi xidmətdən tərxis olunub. O söyləyib ki, hadisə günü ailəsi ilə birgə qohumunun nişan mərasiminə maşın korteci ilə birgə gedirmiş.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər