“Dünyada tarix boyu ən mütərəqqi düzən yaratmağa çalışan böyük güc Rusiya olub. Öz coğrafiyasında minilliklər boyu varyaqlarla, monqollarla, xəzərlərlə, polyaklarla, almanlarla, fransızlarla, isveçlilərlə, finlərlə savaşan, hücumlara məruz qalan, yüzillər boyu işğala məruz qalan, güc tapanda isə taqətini toparlayıb istilanı dəf edən, özü böyük gücə çevrilib yeni nizam yaradan Rusiya heç zaman başqa xalqları istila etsə də, istismar etməyib. Əksinə, onlara təhsil verib, savadlandırıb. İmperiya başqa xalqları əzər, istismar edər, sərvətlərini talan edər, ac-yalavac qoyar. Rusiya isə heç zaman bunları etməyib”.
Nəzakət Məmmədova: “Rusiya heç zaman başqa xalqları istila etsə də, istismar etməyib”
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Nəzakət Məmmədova bildirib.
N.Məmmədova qeyd edib ki, Sovetdən ayrılanda hər bir müttəfiq respublika əhalisinin maddi durumu da, iqtisadi vəziyyəti də bərabər olub: “Ruslar zənginlik içərisində, başqa xalqlar səfalət içərisində olmayıb. Məsələn, İngiltərə imperiyası və Hindistan, Fransa ilə Əlcəzair arasındakı fərqə baxın. SSRİ-də isə əksinə, 70 ildə hamısı birlikdə az tapıblar az yeyiblər, çox tapıblar çox. Sovet dövründə Mərkəzi və Şərqi Avropa ölkələri SSRİ-nin yardımları hesabına mövcud olub. Heç zaman imperiyanın mərkəzi istər çar Rusiyası dövründə, istər SSRİ dövründə istila olunmuş yerlərdən daha yaxşı yaşamayıb. Çar Rusiyası dövründə rus kəndliləri təhkimçilik hüququ altında yaşayıb, sovet dövründə ruslar da, Moskva və digər rus şəhərlərinin əhalisi də eyni qaydada talon sistemindən istifadə edib, bərabər yaşayıblar. Bunun harası istismarçılıq və imperiya olub?!”