Hazırda Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü ilə bağlı müzakirələrin mənası yoxdur.
Pravda.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Bu məsələni nəzəri cəhətdən də müzakirə etmək üçün heç bir əsas görmürəm. Vasitəçi rolunu, funksiyasını və sair təklif edən hər kəsə minnətdarıq. Amma bununla bağlı hər hansı bir faktiki məlumat olmadığı üçün fikir yürütmək istəmirəm” - Zaxarova bildirib.
Leyla