Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Mirzoyan Klaarla hansı məsələləri müzakirə edib?

932
Paylaş:
Mirzoyan Klaarla hansı məsələləri müzakirə edib?

Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Pravda.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Brüssel görüşlərinin yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Görüş zamanı, həmçinin demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının işi, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Leyla

Paylaş:

Ən son xəbərlər